Moskvaya uçan təyyarədə adam öldü
13 Dekabr 2025, 21:21
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
729
04.02.2025, 19:12
ABŞ-ın artan tariflərinə cavab olaraq Çin Google-a qarşı antiinhisar araşdırmasına başlayıb.
Bu barədə çərşənbə axşamı Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası (SAMR) məlumat verib.
Google-un axtarış və internet xidmətləri 2010-cu ildən Çində bloklansa da, araşdırma şirkətin Çin tərəfdaşları ilə digər işgüzar münasibətlərinə təsir göstərə bilər. İstintaq Android bazarının üstünlüyü və onun Oppo və Xiaomi kimi Çin telefon istehsalçılarına vura biləcəyi potensial zərərlə bağlıdır. İstintaqın təfərrüatları hələ də məhduddur.
İstintaqın elanı prezident Trampın Çin mallarına tətbiq etdiyi 10 faizlik tariflərin qüvvəyə minməsi ilə demək olar ki, eyni vaxtda gəldi. Bu, Çinin son vaxtlar ABŞ texnoloji şirkətlərinə qarşı başlatdığı ikinci antiinhisar araşdırmasıdır: 2024-cü ilin dekabrında Nvidia-ya qarşı analoji araşdırma başladılıb. İntellə bağlı mümkün təhqiqat barədə də məlumatlar var.
Paralel olaraq Çin hökuməti ABŞ-dan gələn bir sıra mallara əlavə rüsumlar tətbiq etdiyini açıqlayıb. Belə ki, kömür və təbii qaza 15 faiz, xam neftə, kənd təsərrüfatı texnikasına, iri minik avtomobillərinə və pikap avtomobillərinə isə 10 faiz rüsum tətbiq olunacaq.
Həmçinin oxuyun
Bundan əlavə, Çin müasir infrastruktur və texnoloji istehsalda istifadə olunan bəzi mineral elementlərə, o cümlədən volfram, tellur, rutenium, molibden və ruteniumun ixracına məhdudiyyətlər qoyub. Rəsmi səbəb “milli təhlükəsizlik maraqlarının qorunması” ehtiyacıdır.
Qeyd edək ki, ABŞ-ın Meksika və Kanadaya tətbiq etdiyi tariflər də çərşənbə axşamı qüvvəyə minməli idi, lakin təhlükəsizlik və ticarət danışıqlarından əvvəl bir ay müddətinə dayandırılmışdı. Çinə qarşı rüsumların dayandırılması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Nigar
21:21 / 13 Dekabr 2025
1
21:19 / 13 Dekabr 2025
11
21:15 / 13 Dekabr 2025
14
21:02 / 13 Dekabr 2025
19
20:49 / 13 Dekabr 2025
100
20:44 / 13 Dekabr 2025
39
20:36 / 13 Dekabr 2025
41
20:26 / 13 Dekabr 2025
50
20:01 / 13 Dekabr 2025
159
19:53 / 13 Dekabr 2025
59
19:21 / 13 Dekabr 2025
273
19:16 / 13 Dekabr 2025
89
18:32 / 13 Dekabr 2025
872
18:12 / 13 Dekabr 2025
151
18:02 / 13 Dekabr 2025
98
17:43 / 13 Dekabr 2025
1458
17:09 / 13 Dekabr 2025
98
16:55 / 13 Dekabr 2025
324
15:58 / 13 Dekabr 2025
107
15:47 / 13 Dekabr 2025
94
15:39 / 13 Dekabr 2025
120
15:08 / 13 Dekabr 2025
2711
14:50 / 13 Dekabr 2025
108
14:38 / 13 Dekabr 2025
160
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.